EN

Politoloq: "Qaçqınların qəbul edilməsi..."

"İran-İsrail münaqişəsi bölgədə bir çox ölkəyə mənfi təsir göstərir. Şübhəsiz ki, bu ölkələrdən biri də Azərbaycandır. Münaqişə bir neçə istiqamətdə mənfi təsirlər yarada bilər. Məsələn ikitərəfli münasibətlərdə müəyyən gərginliklər meydana çıxa bilər. Məlum olduğu kimi İran üzərindən Naxçıvana təbii qazın ötürülməsi məsələsi var. İsrailin hücumlarından sonra İranın enerji sektoru və xətləri ziyan görüb".

Bu sözləri Demokrat.az-a açıqlasında politoloq Zeynal Əmrəliyev deyib.

O bildirib ki, bunun fonunda İran kənara verdiyi təbii qaz və enerjini daxilə idxal edə bilər:

"Digər əsas məsələ qaçqın axını ilə bağlıdır. Məsələ İranın bütün qonşularına, həmçinin Azərbaycana ciddi problem yarada bilər. İranda sayı 40 milyona çatan soydaşımız yaşayır. Onların qaçqın vəziyyətinə düşdüyü təqdirdə Azərbaycana üz tutması gözlənilən haldır. Azərbaycan buna qarşı öz sərhəd təhlükəsizliyini artırmalıdır. Azərbaycan lazımı humanitar dəstəyi mütləqdir ki, göstərəcək. Qaçqınların qəbul edilməsi isə dövlətin siyasətinə bağlı olar. Vəziyyət hələki o həddə deyil. O həddə çatarsa, Azərbaycan dövləti ölçüb-biçdiyi siyasətlə məsələnin həll olunması istiqamətində müvafiq addımları atacaq".


Əfsanə Kamal
Demokrat.az
Chosen
4
1
demokrat.az

2Sources