EN

FIFA reytinqinin 122-cisi: Azərbaycan millisi daha 3 pillə gerilədi

BAKI. 17 iyun. TELEQRAF

Futbol üzrə Azərbaycan milli komandası daha 3 pillə geriləyərək, 112-ci pilləyə enəcək.

Teleqraf-ın "football-ranking"ə istinadən məlumatına görə, bu, iyulun 10-da açıqlanacaq FIFA-nın yeni reytinq siyahısında rəsmən əksini tapacaq.

Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya ilə qolsuz heç-heçə etdikdən sonra iyunun 10-da evdə Macarıstana uduzub - 1:2. Nəticədə Fernandu Santuşun baş məşqçi olduğu komanda 2,63 xal itirib və 1148,01 xalla İndoneziya, Niger və Toqonu da özündən irəli buraxıb.

Əvəzində Azərbaycan millisindən sonra evdə Albaniya ilə DÇ-2026-nın seçmə matçında 1:1 hesablı heç-heçə edən Latviya 1 pillə irəliləyib və aktivinə 6,81 xal yazıb. Bu komanda 1099,30 xalla 138-ci pillədə yer alacaq. Macarıstan isə Azərbaycan millisinə qalib gəlməmişdən əvvəl yoldaşlıq görüşündə İsveçə 0:2 hesabı ilə uduzduğu üçün 1 pillə itirib və 1500,73 xalla 38-ci mövqeyə enib.

Chosen
7
teleqraf.com

1Sources