İsrail və İran vətəndaşları kütləvi şəkildə Rusiyaya gedirlər.
İnterpress.az xəbər verir ki, b u barədə Rusiya KİV məlumat yayıb. Məlumata görə, Yaxın Şərqdəki münaqişə fonunda Rusiyaya axın ikiqat artıb.
Rusiya sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib – gələnlər ən azı 5 saat yoxlanılır.
İnsanlar ora İstanbul, Bakı və Misirdən keçməklə çatırlar. Onların bəziləri illərlə ölkəyə gəlməyən ikili vətəndaşlığı olan ruslardır.
Yaxın Şərq vətəndaşlarına əksərən giriş qadağan edilir.
Uzun prosedurlardan qəzəblənən ikili vətəndaşlığı olan ruslara icazə verilmir və “müvəqqəti olaraq buraxılmır” kateqoriyasına keçirilir.
Xuraman Etibarlı
İnterpress.az