EN

Türkiyə-Azərbaycan qardaşlığına hücum artıb - İsrail bəhanəsi ilə (VİDEO)

İsrail və İran arasındakı gərginlik bəhanə edilərək Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq hədəfə alınır.

Mia.az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalında yayımlanan süjetdə qeyd olunur.

"Bu yaxınlarda növbəti dəfə oxşar ssenari həyata keçirildi. Həmin kampaniya ayın 28-də iki ölkə liderinin iştirakı ilə işğaldan azad edilən Laçında inşa edilən Beynəlxalq Hava Limanının açılışına təsadüf etdi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevə qarşı dezinformasiyalar dərc edildi, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirildi. İndi üfüqdə daha bir vacib görüş gözlənilir. Söhbət Azərbaycanın dəstəyi ilə tikintisi başa çatdırılan "Azərbaycan Məhəlləsi"nin təhvil verilməsi hadisəsindən gedir. Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bu mərasimdə birlikdə iştirak edəcəklər. Göründüyü kimi, bu görüşdən əvvəl qardaşlıq əlaqələri bir daha hədəfə alınır", - deyə videosüjetdə qeyd olunur.

Müəllif xatırladır ki, mətbuat vasitəsi ilə həyata keçirilən müxtəlif təxribatlara baxmayaraq, Azərbaycan hər zaman Fələstinin haqlı mövqeyini dəstəkləyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib. İlham Əliyev Fələstinin ədalətli tələblərini hər zaman dəstəklədiklərini və bu dəstəyin davam edəcəyini vurğulayıb. Humanitar yardımların davam etdiriləcəyini söyləyən İlham Əliyev Azərbaycan və Fələstin xalqları arasında qardaşlığın olduğunu vurğulayıb".

Chosen
13
8
mia.az

9Sources