BAKI, 17 iyun. TELEQRAF
"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxs Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsləri və şəhid ailələrini mənzilllərlə təmin edəcək.
Teleqraf xəbər verir ki, Agentlik bu məqsədlə "Mənzil İnşaatı Dövlət Agentliyi" (MİDA) MMC ilə 5 374 494 manat məbləğində müqavilə imzalayıb.
Müqavilə çərçivəsində Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində yerləşən 10 ədəd ikiotaqlı, 73 ədəd üçotaqlı olmaqla cəmi 83 ədəd mənzil alınaraq təhvil veriləcək.
Müvafiq işlərin görülməsinə bu gündən başlanılıb, ilin sonuna qədər bitməyi planlaşdırılır.