Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, Ermənistan baş nazirinin bu səfəri regionda baş verən müharibələr fonunda baş tutur:

“İranda baş verən müharibə üzündən Ermənistanın Bəndər-Abbas limanına yolu bağlanmışdır. O cümlədən, Ermənistanın ticarət nazirinin verdiyi açıqlamaya görə, Bəndər-Abbas limanında Çindən gəlmiş 300-dən çox konteyner blok olub qalmışdır. Demək olar ki, bu həm də Ermənistanın yeni bir blokadaya düşməsi deməkdir. Bu baxımdan, Ermənistan Zəngəzur dəhlizinin açılmasına məcbur vəziyyətdədir. Həm də Türkiyə ilə yolu da bağlıdır.
Bu baxımdan, Paşinyanın Türkiyəyə səfəri çərçivəsində müzakirə olunacaq əsas mövzu Zəngəzur dəhlizi və Azərbaycanla sülh müqaviləsinin imzalanması, o cümlədən Türkiyə ilə sərhədin açılması olacağını hesab edirəm. Bu gün Türkiyə və Azərbaycan regionun sabitləşdirici ölkələridir. Ermənistanın ölkələrimizlə tələblərimizi icra edərək qonşuluq münasibətlərinə başlanması ilə həm kommunikasiyaların açılmasına, həm də təhlükəsizliyin təmin olunmasına yeni imkanlar qazana bilər”.
Qeyd edək ki, Ermənistan parlamentnin sədri Alen Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini təsdiqləyib. Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. Paşinyan və Ərdoğan iyunun 20-də Ankarada görüşəcəklər.
Cavidan Mirzəzadə
Demokrat.az
10Sources
-
musavat.comSabah Paşinyan Türkiyəyə gedir - Əliyev və Ərdoğanla üçlü görüş? ( 18394042)
-
nuh.azPaşinyan Ərdoğanla bunu müzakirə edəcək — DETALLAR ( 18387706)
-
baki-xeber.com“Əliyev konstitusiya dəyişikliyi tələbindən çəkilir, əvəzində Paşinyan kilsəni məhv edir, bu şəhərdə saziş imzalanır”...(?) ( 18386233)
-
azreform.infoPaşinyan Türk İttifaqı ilə gizli sövdələşməyə can atır: Onun siyasi karyerası indi Bakı və Ankaradan asılıdır ( 18385924)
-
hakimiyyet.azPaşinyan Türk İttifaqı ilə gizli sövdələşməyə can atır: Onun siyasi karyerası indi Bakı və Ankaradan asılıdır ( 18385918)
-
paralel.azPaşinyan Türk İttifaqı ilə gizli sövdələşməyə can atır: Onun siyasi karyerası indi Bakı və Ankaradan asılıdır ( 18385897)
-
olke.azPaşinyan Türk İttifaqı ilə gizli sövdələşməyə can atır: Onun siyasi karyerası indi Bakı və Ankaradan asılıdır ( 18385522)
-
olke.azPaşinyan Türk İttifaqı ilə gizli sövdələşməyə can atır: Onun siyasi karyerası indi Bakı və Ankaradan asılıdır ( 18385516)
-
referans.azPaşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? - Nələr baş verir... ( 18384982)
-
paytaxt.orgPaşinyan Türk İttifaqı ilə gizli sövdələşməyə can atır: Onun siyasi karyerası indi Bakı və Ankaradan asılıdır ( 18384499)