EN

İsrail hansı şərtlə İrana qarşı əməliyyatı dayandıracağını açıqlayıb

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə proqramı və ballistikraket (hücumu) təhlükəsini aradan qaldırmayana qədər İrana qarşıəməliyyatı davam etdirəcək.

Trend “Times ofİsrael”ə istinadən xəbər verir ki, bu haqda IDF-in Əməliyyatbölməsinin rəisi, general-mayor Oded Basiuk açıqlama verib.

General IDF-in hələ İran əməliyyatının sonunda yox, ortasındaolduğunu desə də, hərbi müdaxilənin gözlənilən bitmə tarixiniaçıqlamayıb.

“Biz nüvə hədəflərinə zərbələri davam etdiririk – əldə olunmuşnəticələri daha da dərinləşdirmək üçün əvvəlcədən hazırlanmış planavə bizə uyğun zamana əsaslanırıq. Biz terror rejiminə zərbələrendiririk, xalqa yox – çünki bu xalq daha yaxşı gələcəyə layiqdir.Bizim üçün təhlükə yaradanlar Tehran rəhbərliyidir, Şirazküçələrində gəzən insanlar deyil”, – deyə Basiuk vurğulayıb.

Nəşrin yazdığına görə, İsrailin həyata keçirdiyi hücumlarnəticəsində İranın ballistik raket buraxılış qurğularından 200-dənçoxu məhv edilib və ya sıradan çıxarılıb. Bu isə İranınarsenallarının əhəmiyyətli bir hissəsini təşkil edir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Chosen
6
az.trend.az

1Sources