"İmtahanlardan əvvəl “Microsot Teams” platforması üzərində müəlllimlər üçün sınaq mərhələsi keçirilib".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan media brifinqində qeyd edib.
O bildirib ki, sınaq imtahanlarında 10 minə yaxın müəllim iştirak edib:
“150 müəllim isə müasir metodiki xidmət layihəsinə cəlb olunub. Hazırda 65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib.
Müəllimlərin sertifikatlaşdırılması prosesində pedoqoji təcrübəsi 5 ildən az müddətdə olan müəllimlər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və sonra ən azı 1 il işləməyən qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər, onlar da sertifikatlaşdırmadan azaddırlar”.