Şimali Koreyadan Rusiyaya növbəti yardım: 1000 ədəd..
Şimali Koreya hakimiyyəti Kursk vilayətində minalardan təmizləmək üçün min istehkamçı göndərəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu məlumat verib.
Şoyqu əlavə edib ki, Rusiya və KXDR əməkdaşlığı davam etdirəcək, Koreya tərəfi isə Kursk vilayətinin bərpasına yardım edəcək. Şoyqunun sözlərinə görə, Kim Çen In Rusiya ərazisində minalardan təmizləmək üçün Rusiyaya min istehkamçı göndərmək qərarına gəlib.
Əfsanə Kamal
Demokrat.az