EN

İsrailə atılan raketlərin sayı AÇIQLANDI

İran münaqişə başlayandan bəri İsrailə 400-ə yaxın raket atıb.  

Demokrat.az
xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat verib. Məlumata görə, İsrailə yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxılıb.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Aslan qalxması” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb.

Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu “Doğru vəd 3” əməliyyatının başladığını elan edərək İsrailə raket zərbələri endirib. Tehran İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərə irimiqyaslı zərbələr endirəcəyini vəd edib. Dünən İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İranın ali lideri Əli Xamneyinin öldürülməsi ölkələr arasında münaqişəyə son qoya bilər. 

Əfsanə Kamal
Demokrat.az


Chosen
9
demokrat.az

1Sources