EN

İctimai iaşə dövriyyəsi artıb

Bakı, 17 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 16,6 faiz artaraq 987,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,3 faizi hüquqi şəxslərin, 48,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 502,2 milyon manat olub.

Chosen
14
5
azertag.az

6Sources