Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədr müavini Ümit Naci Yorulmaz, Agentliyin Bakı proqram koordinatoru Hayrettin Özçelik layihənin icrası prosesi ilə tanış olublar. Layihə çərçivəsində Daşkəsən şəhərinin müxtəlif yerlərində ənənəvi küçə lampalarından daha səmərəli hesab edilən, ümumilikdə 60 ədəd LED lampalı işıq dirəyi quraşdırılacaq.
Layihə üzrə işlər davam etdirilir.