EN

Peskov köməyə görə Azərbaycana təşəkkür edib

Rusiyalıların İrandan təxliyyəsi Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Bakı əlverişli şərait yaradır, buna görə Moskva çox minnətdardır.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusların çıxışı və çatdırılması əsasən Azərbaycanla sərhəddəki keçid məntəqəsinə aparılır. Azərbaycanlı dostlarımız da əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq", - Kreml nümayəndəsi  deyib.

Peskov vurğulayıb ki, Rusiya vətəndaşlarının koordinasiyası və təxliyəsi üzrə işlər gecə-gündüz davam edir.

Chosen
10
ucnoqta.az

1Sources