EN

Azərbaycan millisində çıxış etmiş futbolçu yenidən Albaniyada

Azərbaycan millisində çıxış etmiş Vüsal İsgəndərli yenidən karyerasını Albaniyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, 29 yaşlı futbolçu “Partizani” komandası ilə 1+1 illik müqavilə imzalayıb.

2023/24 mövsümündə Albaniyanın "Eqnatia" klubunun formasını geyinən İsgəndərli 2024/25 mövsümünü "Boluspor"da keçirib.

Qeyd edək ki, azərbaycanlı forvard Türkiyə 1-ci liqasında 22 oyunda 1 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz

Chosen
12
2
idman.biz

3Sources