EN

“Hücumlar davam edəcək” SEPAH

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gün ərzində İsrailə cavab zərbələrinin davam etdirəcəyini bildirib.

"AzPolitika" xəbər veirir ki, bu barədə İran dövlət televiziyası SEPAH-ın komandanı Kiyumers Heydərinin məsələ ilə bağlı açıqlamasını yayımlayıb. 

General Heydəri bildirib:“Yeni və inkişaf etmiş silahlarla, xüsusilə də PUA-larla başlayan kütləvi hücumlar artıq başlayıb və qarşıdakı saatlarda daha da intensivləşəcək".

Heydəri əlavə edib ki, ötən gecə ərzində müxtəlif tipdə, yüksək dağıdıcı gücə malik pilotsuz aparatlarla İsrailə qarşı zərbələr endirilib:“Bu silahlar Təl-Əviv və Hayfadakı strateji mövqelərini məhv edib".

İsrail ordusu isə açıqlamasında, gecə boyunca İran tərəfindən atıldığı güman edilən 30 pilotsuz uçuş aparatını havada məhv etdiyini bildirib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

1Sources