EN

İsrail İran müharibəsi güneyli soydaşlarımızın öz yurd yuvalarını tərk etməsi və qaçqın vəziyyətinə düşməsinə səbəb ola bilər

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarix boyu regionda olan müharibələrin ilk zərbəsini alan ölkə Azərbaycan olub. Yenə region müharibə şəraitindədir. İsrail İranın nüvə silahı yaratma ehtimalına qarşı müharibəyə başladı. Bir gecədə İranın nüvə alimləri, nüvə mərkəzləri məhv edildi və bu gün bölgədə gərgin bir müharibə höküm sürür.Bu müharibə Azərbaycana necə təsir edə bilər?

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran-İsrail müharibəsinin Azərbaycan üçün ən böyük təhlükəsi müharibənin qapıda olmasıdır: “Bu tipli müharibələri fərqləndirən cəhətlərdən biri odur ki, müharibə daha geniş arealı əhatə edə, regionun digər dövlətləri münaqişəyə cəlb oluna bilər və idarə olunmaz hal ala bilər. Bu da 3-cü dünya müharibəsi deməkdir. Digər tərəfdən, İranın uranı 69% zənginləşdirməsi faktdır. İsfahan və Natanz nüvə mərkəzləri İsrail tərəfindən ünvanlı şəkildə vurulur”.

Nəsib Məhəməliyev

Deputat vurğulayıb ki, nüvə sızıntısı və radiasiya fonunun dəyişdirilməsi Azərbaycanın ekoloji tarazlığının pozulması ilə nəticələnə bilər.

“Bütün bunlarla yanaşı, güneyli soydaşlarımızın öz yurd-yuvalarını tərk etməsi və qaçqın vəziyyətinə düşməsi Azərbaycan üçün ciddi sosial problemlərlə qarşı-qarşıya qoya bilər. Arzu edək ki, müharibə tezliklə qurtarsın”-deyə Nəsib Məhəməliyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
icma.az

1Sources