EN

İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin Kahramanmaraş şəhərində iyunun 19-da “Azərbaycan” məhəlləsinin açılışı olacaq.Reyting.az xəbər verir ki, bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım məlumat verib.Millət vəkili xatırladıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələ fəlakətindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə dərhal qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər olunub:"Eyni zamanda dağıntıya məruz qalan “Azərbaycan” məhəlləsinin yenidən inşasını da dövlətimiz öz üzərinə götürüb. Ona görə də “Azərbaycan” məhəlləsi iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib”.Ş.Ayrım yüksək səviyyəli açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəklərinin gözlənildiyini də vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
2
reyting.az

3Sources