EN

Yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 7,1 milyon ton yük daşınıb

BAKI, 17 iyun. TELEQRAF

Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-may aylarında 7,1 milyon ton yük, 3881,7 min sərnişin daşınıb, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7,7 faiz azalma, sərnişin daşınmasında isə 18,8 faiz artım müşahidə olunub.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3745,6 min ton təşkil etdib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 faiz artmışdır. Yüklərin 47 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5704,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 4663,5 min tonunu və ya 81,8 faizini tranzit yüklər təşkil edib. 2025-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 220,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azalaraq 10,4 min nəfər olub.

Bildirilib ki, 2025-ci ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 faiz və 5,9 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 96,8 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 59,9 faizi avtomobil nəqliyyatı, 28,7 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,9 faiz təşkil edib. 2025-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 849,8 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,3 faizi avtomobil nəqliyyatı, 11,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Chosen
9
teleqraf.com

1Sources