EN

Nurlan İsmayılbəyli: Bu il sertifikatlaşdırma prosesində 19 minə yaxın müəllim iştirak edəcək

Bakı, 17 iyun, AZƏRTAC

Bu il müəllimlərin sertifikatlaşdırılması prosesində 19 minə yaxın müəllim iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli iyunun 17-də keçirilən brifinqdə deyib. O bildirib ki, imtahanlardan əvvəl “Microsoft Teams” platforması üzərində müəllimlər üçün sınaq mərhələsi keçirilib: “Sınaq imtahanlarında 10 minə yaxın müəllim iştirak edib. 150 müəllim isə müasir metodiki xidmət layihəsinə cəlb olunub”.

O qeyd edib ki, bu günə qədər 65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib: “Pedaqoji təcrübəsi 5 ildən az müddətdə olan müəllimlər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və sonra azı 1 il işləməyən qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan azaddırlar. Üç dəfədən artıq sertifikat vəsiqəsi almış müəllimlər prosesdə iştirak etmirlər”.

Chosen
21
2
azertag.az

10Sources