EN

Azərbaycan İrana elektrik enerjisi satışını 4%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İrana 11,4 milyonkVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 324 minABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 414 min kVt/saat və ya 3,8%, dəyərifadəsi ilə 11,76 min ABŞ dolları, yaxud 3,8% artıb.

Eyni zamanda 2025-ci ilin ilk 4 ayı ərzində İrandan Azərbaycana303 min ABŞ dolları dəyərində, 10,7 milyon kVt/saat həcmindəelektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 5,76 min ABŞ dolları və ya 1,9%, həcm ifadəsində isə 203min kVt/saat və ya 1,9% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzindəAzərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə 525,058 milyonkVt/saat həcmində, 29,074 milyon ABŞ dolları dəyərində elektrikenerjisi ixrac edilib.

Chosen
10
az.trend.az

1Sources