EN

İranın “SEPAH” bankına kiberhücum həyata keçirilib

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsraillə əlaqəli “Gonjeshke Darande” haker qrupu İranın “SEPAH” bankına qarşı genişmiqyaslı kiberhücum həyata keçirdiyini və onun bütün məlumatlarını məhv etdiyini bildirib.

Bu barədə “Report” “Times of Israel”ə istinadən xəbər verir.

"SEPAH” bankı beynəlxalq sanksiyalardan yan keçən və İran xalqının pullarını proksi terror qruplarını, ballistik raket və hərbi nüvə proqramını maliyyələşdirmək üçün istifadə edən bir qurum idi", - haker qrupunun bəyanatında deyilir.

"Bu əməliyyatı mümkün edən cəsur iranlılara təşəkkür edirik", - qrup əlavə edib.

“Gonjeshke Darande” son illərdə İrana qarşı bir neçə kiberhücuma, o cümlədən yanacaqdoldurma məntəqələrinə və poladtökmə zavoduna qarşı kiberhücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Daha əvvəl İran mediasında “SEPAH”ın filiallarının bu gün açılmadığı barədə məlumat yayılmışdı. İran sosial şəbəkə seqmentində həmçinin bank müştərilərinin öz hesablarına daxil ola bilmədikləri barədə məlumatlar da yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
azpolitika.info

2Sources