Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun rayon ərazisindəki “a-frame” tipli evləri sökdürdüyü iddia edilir.
News24.az-ın “Unikal”a istinadla məlumatına görə, şikayətçi, Gədəbəy rayon Aytala kənd sakini Sultanova Lalə Nəriman qızı bildirib ki, onun evi məhkəmə qərarı olmadan Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb:
“İcra başçısı Orxan Mürsəlov mənə məxsus, mülkiyyət hüququm olan torpaq sahəsindəki hazır tikilini yerlə-yeksan edib. Mənə 60 min manatdan çox ziyan vurulub”, - deyə o qeyd edib.
Gədəbəy RİH-dən “Unikal”a bildirilib ki, həmin ərazi pay torpağıdır: “Orada qanunsuz sahibkarlıq məqsədli evin və söhbətgahların söküntüsü olub. Həmin xanım gəlmişdi, ona bildirildi ki, məhkəməyə müraciət etsin”.