EN

55 mindən çox müəllimin maaşı artırılıb

İlk dəfə işə qəbul olunan şəxslər 3 il müddətində sertifikasiyadan azaddırlar.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin Təşkili Şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən media brifinqində məlumat verib.

"İlk cəhddə uğur qazanmayan müəllim bir il sonra yenidən bu prosesə cəlb olunur. Hamilə xanımlar isə bu mərhələyə daxil edilmir. Ötən il 65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub.

38 minə yaxın müəllimin əməkhaqqına 35% artım edilib. 17 min müəllimin isə əməkhaqqısına 10% artım tətbiq olunub".

Chosen
21
azedu.az

1Sources