EN

Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza hidravlik gərginliklər nəticəsində baş verib

BAKI, 17 iyun. TELEQRAF

Oğuz-Qəbələ-Bakı magistral su kəmərindəki hadisə istismar zamanı təsirlər və hidravlik gərginliklər nəticəsində baş vermiş lokal qəzadır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Bildirilib ki, Oğuz-Qəbələ-Bakı magistral su kəməri şüşə lifli (GRP) borularla inşa olunub:

"Bu tip boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olması olsa da, lakin eyni zamanda, GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslıq xarakteri daşıyır. Bu səbəbdən bəzi hallarda istismar zamanı təsirlər və ya hidravlik gərginliklər nəticəsində lokal qəzalar baş verə bilir.

Xüsusilə diqqətə çatdıraq ki, belə qəzalar zamanı bu kəmərlə qidalanan ünvanların alternativ su mənbələri ilə gün ərzində fasilələrlə su təchizatı həyata keçirilir. Eyni zamanda kəmərin bərpası istiqamətində qəza briqadası tərəfindən hazırda operativ və müntəzəm işlər icra olunur".

Chosen
4
teleqraf.com

1Sources