EN

Dövlət və xalq olaraq baş verə biləcək ən pis ssenariyə hazır olmalıyıq

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İsrail-İran qarşıdurması Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Biz baş verənlərdən narahatıq. İlk olaraq ona görə ki, İran qonşuluqda yerləşən bir dövlətdir, İran və Azərbaycan arasında 756 kilometrlik bir sərhəd var. İkincisi, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır və İrana qarşı uzunmüddətli və genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Odur ki, dövlət və xalq olaraq baş verə biləcək ən pis ssenariyə hazır olmalıyıq". Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, maksimum şəkildə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi lazımdır:"Sərhəd istiqamətində təhlükəsizlik tədbirlərinin artırılması, neft-qaz yataqları, enerji kəmərlərinin mühafizəsinin gücləndirilməsi, daxildə hər hansı təxribatların qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi və eləcə də digər fəaliyyətlərin həyata keçirilməsi lazımdır. Biz heç bir halda müharibədə tərəf olmaq niyyətində deyilik. Əksinə tərəfdaş İsrail və qonşu İran arasında tez bir zamanda atəşkəsin əldə olunmasını istəyirik. Çünki bu müharibə bir sıra səbəblərlə bizə də ziyan vurur və qeyd etdiyim kimi müharibənin uzanacağı halda bundan əziyyət çəkən ölkələrdən biri də biz olacağıq".Politoloq qeyd edib ki, Azərbaycan İran və İsrail arasında vasitəçi olaraq prosseslərə qoşula bilər:"Amma bunun üçün ilk növbədə qarşıduran tərəflərin istəyi lazımdır. Hələ ki, nə İsrail, nə də İran Azərbaycana bununla bağlı hər hansı müraciət edib. Amma belə bir müraciət olacaqsa, regionda və dünyada sülhün, barışın tərəfdarı qismində çıxış edən ölkə olaraq əlmizdən gələn hər şeyi edəcəyik. Onu da qeyd edim ki, Tehran və Təl-Əviv arasındakı mövcud vəziyyət Baki ilə İrəvan arasında münasibətlərinin normallaşması prosesinə birbaşa təsir etməsə də, müharibənin sərhədlərimizdə getməsi, həm Azərbaycanın, həm də Emənistanın İranla qonşu dövlət olması dolayısıyla bizə də təsir edir. Dünyanın diqqəti artıq demək olar ki, İran və İsrail arasında müharibəyə fokuslanıb. Hətta hər gün gündəmi zəbt edən Rusiya-Ukrayna müharibəsi belə arxa fona keçib. Təbii ki, belə vəziyyət Azərbaycan və Ermənistan arasındakı danışılar prossesinə də təsir edir".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
newscenter.az

2Sources