EN

“AzDrama”da qalmaqal bitmir: Sən “AzDrama” ilə bağçanı səhv salmısan!

ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Mehriban Xanlarova  növbəti dəfə “AzDrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadənin teatrın kollektivi ilə yaşadığı problemi işıqlandırıb.

Adalet.az bildirir ki, M.Xanlarova M.Ələkbərzadəni teatr kollektivinə kobud davranışına, etdiyi  təhqirlərə görə günahlandırıb. Aktrisa bu halın qəbuledilməz olduğunu söyləyib:

“Mehriban Ələkbərzadə, sən "AzDrama" ilə bağçanı səhv salmısan! Sən kimsən ki, nəhəng sənətkarların üzərinə qışqırasan, əllərinin üzərindən vurasan? Heç ağır cinayətlə həbs olunan məhkumlara belə fiziki şiddət göstərə bilmirlər. Amma sənin rəhbərliyin altında çalışan insanlar hər an psixoloji və fiziki təzyiqlə üz-üzədirlər. Çünki sən şiddətə meylli olduğunu açıq-açığına öz dilinlə etiraf etmisən.

Mehriban Ələkbərzadə, sən biz aktyorlardan nə istəyirsən? Hansı dildə sənə deyək ki, "AzDrama"dan çıxıb gedəsən?! Qürurun olsa, özünə bir az hörmət etsən, istənilmədiyin, sevilmədiyin bir məkanda bir saniyə belə durmazsan. Amma sən inadla, kinlə, qisas hissi ilə bu sənət ocağını boğmağa davam edirsən. Sən "AzDrama" nı şəxsi ambisiyalarının qurbanına çevirmisən!

Teatr yaratmaq məkanıdır, dağıtmaq deyil! Ruh vermək yeridir, əzmək yox! Əgər sən "AzDrama"nı həqiqətən sevsəydin, bu qədər sənətkarın ahını almazdın. Tamaşaçılar sənin özbaşınalıqlarına susmur, onlar sənətin qarşısında baş əyir, diktatorun yox! "AzDrama" nı rahat burax! Sənətin düşməni, aktyorların "qatili" olmaqla tarixə keçəcəksən, amma tamaşaçılar, teatrsevərlər səni bağışlamayacaq. Ərizəni yaz və çıx get! Əks təqdirdə aşağıladığın kollektiv, aktyorlar səni anladığın dildə qovacaq! Bu müqəddəs sənət ocağı sənin zəhərli eqo oyuncağın deyil!”

Qeyd edək ki, QALMAQAL Mehriban Ələkbərzadənin aktrisa Məsmə Aslanqızına “nə 20 Yanvar az?! Indi 20 yanar şəhidləri dəbdə deyil”deməsi ilə başlamışdı. Daha sonra bədii rəhbərlə teatrın digər aktyoru Əli Nur atasında qalmaqal yaşandı.

Əntiqə 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
adalet.az

2Sources