EN

İran daxili və beynəlxalq uçuşlara qadağaları uzadıb

İran daxilində və xaricində uçuşlara qadağa iyunun 18-i Bakı vaxtı ilə saat 02:30-a qədər uzadılıb.

Operativ Media xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

"Biz bütün həmvətənlərimizdən ölkənin hava limanlarını ziyarət etməkdən çəkinmələrini və uçuşların vəziyyətini yalnız rəsmi mənbələrdən izləmələrini xahiş edirik", - məlumatda qeyd olunub.

 

Chosen
7
1
operativmedia.az

1Sources