sport24.az saytına istinadən ain.az xəbər verir.
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılacaq. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasimdə Azərbaycanın "Sabah" klubunun da rəqibi bəlli olacaq.
Tədbir saat 17:00-da start götürəcək. Səpələnməmişlər səbətində yer alan Azərbaycan kubokunun sahibinin potensial rəqibləri sırasında "Hapoel" (Beer-Şeva, İsrail), "Şaxtyor" (Donetsk, Ukrayna), "Partizan" (Serbiya), "Legiya" (Polşa), ÇFR (Kluj, Rumıniya), "Spartak" (Trnava, Slovakiya), "Selye" (Sloveniya) və "Şerif" (Moldova) yer alıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə bir həftə sonra keçirəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.