EN

Fövqəladə Hallar Nazirliyi qanunsuz tikilini söküb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində ötən ay söküntüsü aparılmış qanunsuz tikintinin fiziki şəxs Əliyev Seymur Həsən oğlu tərəfindən yenidən davam etdirilməsi faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

P.ƏMİRCANOV
XQ

Chosen
7
23
xalqqazeti.az

10Sources