Prezident İlham Əliyev “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Mia.az xəbər verir ki, yeni qanuna əsasən, bundan sonra Azərbaycanda ölçmə metodikalarının (metodlarının) attestasiyasının nəticələri attestasiya haqqında şəhadətnamə ilə təsdiq ediləcək.