ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
CBS News-un məlumatına görə, Federal Təhqiqat Bürosu (FTB) 33 il Sahil Mühafizəsində xidmət edən və FEMA təlimatçısı olan keçmiş leytenant Piter Stinsonla bağlı araşdırma aparıb.Turkustan.az xəbər verir ki, FTB-nin təhqiqatla bağlı hazırladığı 19 səhifəlik sənəddə Stinsonun 2020-2025-ci illər arasında sosial media hesablarında Trampa qarşı bəzi ifadələri yer alıb.Sənəddə Stinson-un Trampa qarşı silah, bıçaq və zəhərdən istifadə edilməsini müdafiə etdiyi və “onu özü öldürə bilməsə də, qatil tutmaq üçün pul toplamağa hazır olduğu” qeyd edilib.Bundan əlavə, sənəddə qeyd olunub ki, 2024-cü ilin iyulunda Trampa qarşı sui-qəsd cəhdindən sonra Stinson “təcavüzkarın silah imkanlarını tənqid edib”.
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.