EN

Bakıda vətəndaşın evini qanunsuz sökdürməkdə təqsirləndirilən şəxs həbsdən azad olunub

Bakıda vətəndaşın evini qanunsuz sökməkdə təqsirləndirilən “Pilot-16” MMC-də iş icraçısı olmuş Əlisahib Əzizovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Belə ki, Əlisahib Əzizova 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Əlisahib Əzizova 4 il müddətinə şərti cəza verilib.

Chosen
6
7
aznews.az

10Sources