ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun rayon ərazisindəki “a-frame” tipli evləri sökdürdüyü iddia edilir.
“Unikal”ın məlumatına görə, şikayətçi, Gədəbəy rayon Aytala kənd sakini Sultanova Lalə Nəriman qızı bildirib ki, onun evi məhkəmə qərarı olmadan Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb:
“İcra başçısı Orxan Mürsəlov mənə məxsus, mülkiyyət hüququm olan torpaq sahəsindəki hazır tikilini yerlə-yeksan edib. Mənə 60 min manatdan çox ziyan vurulub”, - deyə o qeyd edib.
Gədəbəy RİH-dən “Unikal”a bildirilib ki, həmin ərazi pay torpağıdır: “Orada qanunsuz sahibkarlıq məqsədli evin və söhbətgahların söküntüsü olub. Həmin xanım gəlmişdi, ona bildirildi ki, məhkəməyə müraciət etsin”.
Murad İbrahimli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.