EN

Dərin və rahat yuxu üçün bu 9 qida tövsiyə olunur

ain.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Keyfiyyətli və dərin yuxu sağlam həyatın əsas şərtlərindən biridir.Pravda.az yuxuya getməkdə çətinlik çəkənlər üçün bəzi qidaları təqdim edir:

Melatonin və triptofan kimi maddələrlə zəngin olan təbii qidalar orqanizmi rahatlaşdıraraq yuxuya keçidi asanlaşdırır.

Banan - Kalium və melatoninlə zəngin olan banan bədəni sakitləşdirir. Gecə yatmazdan əvvəl yarım ədəd banan yemək dərin və rahat yuxuya keçid üçün faydalıdır.

Yulaf – Liflə zəngin olan yulaf melatoninin ifrazını dəstəkləyir. Axşam saatlarında yulaf yemək yuxuya getməni asanlaşdırır.

Süd – İlıq süd tərkibindəki amin turşuları sayəsində bədəni rahatlaşdırır və yuxunun keyfiyyətini artırır.

Çobanyastığı çayı – Təbii sakitləşdirici təsirə malik bu bitki çayı dərin və sakit yuxuya keçidi dəstəkləyir.

Qatıq – Triptofanla zəngin olan qatıq az yağlı formada qəbul edildikdə rahat yuxunu təmin edir.

Düyü – Az yağlı şəkildə bişirilmiş düyü yeməkləri qatıqla birlikdə yeyildikdə orqanizmi yuxuya hazır vəziyyətə gətirir.

Tam taxıllı çörək – Taxıllı çörək və ayranla birlikdə qəbul edilən yüngül yemək dərin və rahat yuxunun açarı ola bilər.

Qoz – Melatoninin ifrazını artıran qoz bədənin yuxuya keçid prosesini sürətləndirir və fasiləsiz yuxunu dəstəkləyir.

Badam – Zülal və minerallarla zəngin olan badam yatmazdan əvvəl yeyildikdə orqanizmi sakitləşdirir və yuxuya keçidi asanlaşdırır.

Qeyd: Dərin və rahat yuxu problemi yaşayanlara bu təbii qidaları gündəlik rasionlarına daxil etmələri tövsiyə olunur.Əminə Bayramova 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
36
pravda.az

10Sources