EN

Ceyhun Kərəmov: Azərbaycan ilə Türkiyə arasında ortaq peşə təhsili müəssisəsinin yaradılması üçün danışıqlar aparılır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Son 3 il ərzində 100-dən çox peşə təhsili müəllimi Türkiyədə təcrübə proqramlarında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Azərbaycan və Türkiyənin peşə təhsili sistemlərinin qarşılıqlı təcrübə mübadiləsi mövzusunda dəyirmi masada deyib. O bildirib ki, Azərbaycan ilə Türkiyə arasında ortaq peşə təhsili müəssisəsinin yaradılması üçün danışıqlar aparılır. “Məqsəd hər iki ölkənin inkişafına xidmət edən sənayenin qurulması, güclü iqtisadiyyat və qardaşlıq əlaqələri çərçivəsində yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasıdır. Bütün bu hədəflər üçün möhkəm zəmin mövcuddur”, - deyə Ceyhun Kərəmov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
azertag.az

2Sources