EN

"Qəbələ"nin keçmiş baş məşqçisi: "Kvaratsxeliya şanslı futbolçudur"

2013-2014- сü illərdə "Qəbələ"ni çalışdırmış Yuri Syomin PSJ-nin forvardı Xviça Kvaratsxeliya haqqında fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, rusiyalı mütəxəssis 2018/19 mövsümündə Moskva "Lokomotiv"ində gürcüstanlı futbolçunun baş məşqçisi olub.

Syomin çox güclü futbolçu olması ilə bərabər, Kvaratsxeliyanın şanslı biri olduğunu da xüsusi vurğulayıb: "‘Lokomotiv"ə gəldi – biz ölkə kubokunu qazandıq. "Napoli’" ilə çempion oldu. İndi də PSJ ilə elə ilk mövsümdəcə neçə titul qazandı! Gürcüstan millisində də yaxşı çıxış etməyə başlayan kimi komanda ilk dəfə Avropa çempionatına yollandı, orada da çox uğurlu çıxış etdi. Yəni Xviça təkcə çox güclü futbolçu deyil, həm də şanslı biridir”.

İdman.biz

Chosen
3
idman.biz

1Sources