EN

Rəsmi Ankara: "İsrail-İran münaqişəsi güvənliyimiz üçün böyük təhdiddir"

"İsrail və İran arasındakı toqquşması regional təhlükəsizlik, sabitlikvə güvənliyimizi riskə atıb. Savaş nə qədər uzun sürərsə, bir o qədər qlobal nəticələr doğuracaq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərin suallarına cavabda deyib.

Yılmaz bildirib kiŞ İsrail və İran arasında davam edən düşmənçilikdən qaynaqlanan savaş dərhal dayanmalı və məsələ dialoqla həllini tapmalıdır: "İndiki mərhələdə prosesin hansı istiqamətdə nə qədər və hansı ölçüdə davam edəcəyini proqnozlaşdırmaq çətindir. Arzumuz odur ki, bu, mümkün qədər tez bitsin, tərəflər daha tez müzakirə masasına otursunlar. Bu münaqişələr davam etdikcə, neftin dəyərinin artması və onun ticarət xətlərinə təsiri təkcə region ölkələri üçün deyil, bütün dünya üçün risk yaradacaq".

"Biz hesab edirik ki, problemlər diplomatiya yolu ilə həll olunmalıdır", - deyə sözlərinə davam edən Yılmaz Ankaranınbuna çalışdığını bildirib: "Türkiyə olaraq sülh, sabitlik və ədalətdən yana mövqeyimizi davam etdiririk".

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
15
2
mia.az

3Sources