EN

İlham Şaban: Aİ Rusiya ilə enerji ticarətini dayandırmaq kursunu seçib

Avropa Komissiyası bu gün Rusiya qazı və maye qazının (LNG) Avropa İttifaqına (Aİ) idxalına 2027-ci ilin sonunadək qadağa qoyulmasını təklif edəcək.
Bu barədə “Reuters”in əldə etdiyi Avropa Komissiyasının daxili sənədində qeyd olunub.
Planın Macarıstan və Slovakiya kimi üzv ölkələr tərəfindən qarşısının alınmaması üçün hüquqi mexanizmlərdən istifadə ediləcəyi gözlənilir.
Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Rusiya qazının və LNG-nin Aİ-yə idxalına qadağa qüvvəyə minəcək. Lakin bəzi müqavilələr üçün daha uzun keçid dövrü nəzərdə tutulur.
Belə ki, 2025-ci il iyunun 17-dək imzalanmış qısamüddətli Rusiya qazı üzrə müqavilələr üçün bir illik keçid müddəti veriləcək. Bu müqavilələr 2026-cı il iyunun 17-dək qüvvədə qala biləcək.
Hazırda “TotalEnergies” və İspaniyanın “Naturgy” şirkəti də daxil olmaqla bir sıra Avropa enerji şirkətlərinin 2030-cu illərə qədər qüvvədə olan Rusiya ilə LNG müqavilələri mövcuddur.
Həmçinin, Aİ-yə məxsus LNG terminallarının Rusiya şirkətlərinə xidmət göstərməsinə də mərhələli şəkildə qadağa tətbiq ediləcək. Bundan başqa, Rusiyadan qaz idxal edən şirkətlər müqavilə detalları barədə həm Aİ, həm də milli səviyyədə səlahiyyətli orqanlara məlumat verməli olacaqlar.
Qeyd edək ki, Hazırda Avropanın qaz tələbatının təxminən 19%-i hələ də Rusiya hesabına ödənilir. Bu qaz əsasən “Türk axını” boru kəməri və LNG gəmiləri vasitəsilə daxil olur. Müqayisə üçün, 2022-ci ildən əvvəl bu rəqəm 45%-ə yaxın idi. Belçika, Fransa, Niderland və İspaniya Rusiya LNG-sini idxal edən ölkələr sırasındadır.

Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sherg.az-a bildirib ki, Avropa Enerji Komissarı dünən bəyan edib ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsindən və nə zaman başa çatmasından asılı olmayaraq, Avropa İttifaqının məqsədi 2027-ci ildən sonra Rusiyadan heç bir enerji daşıyıcısı – o cümlədən təbii qaz – idxal etməməkdir:

"Artıq Rusiya kömüründən tam şəkildə imtina olunub. Müharibəyə qədər Avropanın Rusiya neftindən asılılığı 27 faiz təşkil edirdisə, hazırda bu göstərici 3 faizə endirilib. Təbii qazın idxalında isə pay 45 faizdən 13 faizə düşüb və bu azalma davam edəcək. Avropa İttifaqı Rusiya ilə enerji ticarətini dayandırmaq kursunu seçib. Bu qərar onunla əsaslandırılır ki, Rusiya öz enerji resurslarından iqtisadi inkişaf və əməkdaşlığa deyil, siyasi təzyiq və geosiyasi layihələrini reallaşdırmaq üçün vasitə kimi istifadə edir".
Chosen
7
7
sherg.az

10Sources