EN

27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib

Bakı.Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdindəfəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vəADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçündiplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)”çərçivəsindəkeçirilən sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 27 ölkəni təmsiledən 31-ə yaxın yüksək vəzifəli diplomat üçün “Azərbaycanda məcburiköçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük vəhəsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxışedib.

Trend Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinə istinadən xəbər verir ki, Diplomatlara Ermənistanınişğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburiköçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin yaşadığıməhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Bildirilibki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin vəağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalardaməskunlaşıb.

Sədr müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəqaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilənkompleks dövlət siyasəti barədə məlumat verib. Bu kateqoriyadanolan şəxslərin sosial müdafiəsi və yaşayış şəraitininyaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açaraq,Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərəgöstərdiyi xüsusi diqqət və qayğı da xüsusi vurğulanıb.

Çıxış zamanı qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərinbərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğmayurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışınıtəmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Buistiqamət həm də regionda sabitliyin təmin olunmasına mühüm töhfəverir. “Böyük Qayıdış” prosesi ölkəmizin sosial-iqtisadi inkişafstrategiyasında əsas prioritetlərdən biri kimi “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksinitapıb.

Diplomatların diqqətinə çatdırılıb ki, hazırda işğaldan azadolunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyatakeçirilir.

Bu çərçivədə Dövlət Komitəsi ilə ADA Universiteti tərəfindən“Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təminedilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğununkeçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi haqqındaməlumat verilib. Köçkünlərin reinteqrasiya tədbirlərinə cəlbedilməsi, köç prosesinin təşkili, onların maarifləndirilməsiməqsədilə təbliğat-təşviqat işlərinin icrası, xüsusi qaynar xəttxidmətinin yaradılması da komitənin işğaldan azad edilmiş ərazilərəBöyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulanfəaliyyətlərdən bir neçəsidir. Ermənistanın uzun illər ərzindəişğal altında saxladığı əraziləri mina ilə çirkləndirməsi BöyükQayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalmaqdadır.

Tədbirdə o da qeyd olunub ki, Azərbaycan dövləti yalnız qaçqınvə məcburi köçkünlərin problemlərinin həlli sahəsində deyil, eynizamanda postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburiköçkünlərin doğma yurdlarında reinteqrasiyası baxımından da dünyamiqyasında nümunəvi bir model təqdim etməkdədir.
Diplomatlara, həmçinin Qərbi Azərbaycan torpaqlarındanazərbaycanlıların deportasiyası, xalqımıza qarşı törədiləncinayətlər barədə ətraflı məlumat verilib. Dövlətimizin güclüdəstəyi sayəsində Qərbi Azərbaycan İcmasının fəal və səmərəli işapardığı, Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiyahazırlandığı, məcburi köçkünlər və qaçqınlar üçün ədalətin bərpasıregionda istənilən uzunmüddətli sülh və sabitliyin möhkəm təməlidirvə bu baxımdan indiki Ermənistandan öz ata-baba yurdlarından zorlaqovulmuş 300 minə yaxın azərbaycanlı qaçqının təhlükəsiz vələyaqətlə qayıtmaq hüquqları qorunmalı və istənilən uzunmüddətlisülhün bir hissəsini təşkil etməli olduğu vurğulanıb.

Mühazirədən sonra Amerikada doğulub boya-başa çatmış, əsliCəbrayıl rayonunun Süleymanlı kəndindən olan gənc CeyhunQarabağlının baba yurduna səfərindən bəhs edən “Bura mənim evimdir”sənədli filmi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuqişlərini, insanların firavan yaşayını nümayiş etdirən video çarxlarnümayiş olunub, eləcə də Dövlət Komitəsi tərəfindən hazırlanmış çapmaterialları iştirakçılara paylanılıb. Təqdim olunan materiallardiplomatlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda sədr müavini iştirakçıların qayıdış prosesi vəümumilikdə dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlısuallarını cavablandırıb.

Chosen
11
8
az.trend.az

9Sources