EN

Almaniyada məğlubedilməz çeçen boksçu öldürülüb

Çeçenistanda doğulmuş 39 yaşlı məğlubiyyətsiz boksçu Əbu Yusupov Almaniyada qatar stansiyasında öldürülüb.Bu barədə Oxuməni.az “Tagesspiegel”ə istinadla xəbər verir.

Bildirilir ki, hadisə ötən çərşənbə axşamı, iyunun 10-da baş verib. Yusupov Berlinin Gesundbrunnen rayonunda qatar stansiyasında münaqişə edib. Mübahisə zamanı Əbu boynundan bıçaqlanıb. Faciənin digər təfərrüatları məlum deyil.

Ümumdünya Boks Şurası (WBC) çeçen boksçunun ölümünə belə cavab verib: "WBC Əbu Yusupovun vəfatından kədərlənir. Əbunun həyat yoldaşı və üç azyaşlı uşağı qalıb. Onun əzmkarlıq və boks sevgisi hekayəsi idmanımızda əbədi olaraq qalacaq. Bütün WBC ailəsi və onun prezidenti Maurisio Suleyman bu çətin vaxtda Əbunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

Yusupov döyüşlərində Almaniya bayrağı altında döyüşüb. O, 2020-ci ildə peşəkar debüt edib. O, sonuncu döyüşünü 2025-ci ilin yanvarında keçirib və Georgiy Kandelaki üzərində qərarla qalib gəlib.

Almaz Həsənli

Chosen
11
1
oxumeni.az

2Sources