EN

Berezutskinin xanımı nədən əziyyət çəkir?

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutskinin həyat yoldaşının sağlıq durumuna görə klubdan ayrıldığı hər kəsə məlumdu.

“Football-plus.az” sinxron üzgüçülük üzrə idman ustası və Rusiya çempionu olan Olqanın xəstəliyi haqda bilgi toplayıb. Maraqlıdı ki, o, hələ ötən ilin sentyabrında sosial şəbəkə hesabında izləyiciləri ilə ünsiyyət zamanı həkimlərdən şikayətlənib, onu aldatdıqlarını deyib. Həmin vaxt İspaniyada yaşayan xanım döş qəfəsində ağrıların olduğunu, COVİD-dən qalan astma və panik-atakın da buna təsir etdiyini deyib.

Olqa sözlərinə onu da əlavə edib ki, xəstəliyini çox adam bilmir, amma bundan sonra hər kəsin bilməsini istəyir.

Vasili ilə Olqa 2009-cu ilə evlənib. Onların Vladimir adlı oğlu və Anastasiya adlı qızı var.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
12
1
football-plus.az

2Sources