EN

Sol əliniz qaşınırsa, diqqətli olun -Başınıza gələcəklər....


Gündəlik həyatda tez-tez rast gəlinən fiziki əlamətlər ictimaiyyət arasında fərqli mənalarla şərh olunur. Bunlardan biri də solin qaşınmasıdır.

Medicina.az xəbər verir ki, hər birimizin gündəlik həyatda zaman-zaman qarşılaşdığımız fiziki əlamətlər ictimaiyyət arasında fərqli mənalarla şərh edilə bilər.

Baş ağrısından göz qırpmasına, ovucların qaşınmasından tutmuş qulaqda cingiltiyə kimi bir çox əlamətlər bəzi insanlar üçün sadəcə fiziki bir vəziyyət, bəziləri üçün isə müxtəlif əlamətlərin xəbərçisi hesab edilir.

Fizioloji simptomların ictimaiyyət arasında fərqli mənalara malik olduğuna inanılır. Bunlardan biri də sol əldə olan qaşınmadır.



"Sol əlin qaşınması" vəziyyəti bir çox insanlar tərəfindən şans və ya xəbər kimi şərh olunur.

Ənənəvi inanclara görə, sol əldəki qaşınma adətən pulun gələcəyinə və ya xərclənəcəyinə işarə edir.

Yəni əldə qaşınma “xərc yoldadır” kimi yozulur. Bu vəziyyət sağ əlin qaşınması ilə əks məna daşıyır, çünki sağ əl qaşındıqda pulun gələcəyinə inanılır.

Lakin bu cür yozumlar tamamilə xalq inancına əsaslanır və heç bir elmi izahı yoxdur.

Tibbi baxımdan əllərin qaşınması quru dəri, allergiya, ekzema və ya əsəbi səbəblərdən yarana bilər.

Aygün
Medicina.az


Chosen
3
1
medicina.az

2Sources