Rusiya ordusu bu gün səhər saatlarında Kiyevə raket və PUA-larla hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, Rusiya Kiyev və ətrafına 175 PUA, 14 qanadlı, 2 ballistik raket atıb.
Ukrayna Daxili İşlər Nazirliyi hücum nəticəsində 14 nəfərin öldüyünü, 60-dan çox yaralının olduğunu bildirib.