EN

İsrail İrana qarşı sürpriz əməliyyata hazırlaşır – SƏFİR

İsrail İrana qarşı yeni əməliyyat hazırlayıb, bunun fonunda 2024-cü ildə Livanda şiə Hizbullah təşkilatının üzvlərinin peycerlərinin kütləvi şəkildə partladılması "demək olar ki, sadə" görünəcək.

Herbiand.az xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Yeçiel Leyter Amerikanın “Merit Street” telekanalına açıqlamasında deyib.

"Biz bir neçə sürpriz hazırlamışıq. “Siz bir neçə sürprizlə qarşılaşacaqsınız, onların fonunda peycerlərlə əməliyyat demək olar ki, sadə görünəcək".

2024-cü il sentyabrın 17 və 18-də Livanın müxtəlif yerlərində çoxlu sayda rabitə cihazlarında, əsasən peycer və radiolarda partlayışlar baş verib. Respublikanın hakimiyyət orqanlarının məlumatına görə, 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. Hizbullah hərəkatı partlayışların təşkilinə görə məsuliyyəti İsrailin üzərinə qoyub. Daha sonra İsrail rəhbərliyinin nümayəndələri əməliyyatın ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini təsdiqləyiblər.

Chosen
3
herbiand.az

1Sources