EN

Azərbaycanda peşə təhsili ilə bağlı bir sıra proqramlar Türkiyə təcrübəsi əsasında hazırlanıb

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, təhsil sahəsində də strateji əməkdaşlıq səviyyəsinə çatıb. Bu münasibətləri “Bir millət, iki dövlət” prinsipi xarakterizə edir və bu ideya hazırda prezidentlər tərəfindən ardıcıl şəkildə dəstəklənir və inkişaf etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Azərbaycan və Türkiyənin peşə təhsili sistemlərinin qarşılıqlı təcrübə mübadiləsi mövzusunda dəyirmi masada deyib. O bildirib ki, peşə təhsili sahəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub: “Bu əməkdaşlıq nəticəsində təhsil proqramları, tələbə və müəllim mübadiləsi, ortaq tədris planları və müasir infrastruktur əsasında peşə təhsili müəssisələrinin yaradılması sahəsində böyük nailiyyətlər əldə olunub. Artıq bir sıra proqramlar Türkiyə təcrübəsinə əsaslanaraq hazırlanıb və Türkiyədən mütəxəssislər bu prosesə cəlb olunub”.

Ceyhun Kərəmov qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq, təhsil sahəsindəki bu təcrübə mübadiləsi gələcək üçün güclü insan kapitalının formalaşmasına xidmət edir.

 

Chosen
3
1
azertag.az

2Sources