EN

ABŞ səfirliyi: “Vətəndaşlarımızı İsraildən təxliyə edə bilmirik”

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın İsraildəki səfirliyi hazırda Amerika vətəndaşlarını təxliyə etmək imkanının olmadığını bildirib.

Hafta.az-ın yazdığına görə, İsraildəki ABŞ səfirliyinin bəyanatında deyilir ki, mövcud təhlükəsizlik vəziyyəti və İsraillə İran arasında davam edən münaqişə ilə əlaqədar səfirlik bütün ABŞ hökumət işçilərinə və onların ailələrinə növbəti bildirişə qədər evlərində və ya yaxınlıqda yerləşən sığınacaqda qalmağı əmr edib.

ABŞ səfirliyi həmçinin bildirib ki, hazırda Amerika vətəndaşlarını evakuasiya etmək və ya İsraili tərk etməkdə onlara birbaşa yardım etmək imkanı yoxdur.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri “USS Nimitz” təyyarədaşıyan gəmisini Hind-Sakit okean regionundan Yaxın Şərqə köçürür.

İranın dövlət mediası İsrailə qarşı yeni raket hücumları dalğasının başladığını bildirib.

Chosen
17
hafta.az

1Sources