Finss.az - 13 iyun 2025-ci il tarixində PAŞA Holding-in təşkilatçılığı və EY Azərbaycan, S&P Global, eləcə də Bakı Fond Birjası şirkətlərinin tərəfdaş dəstəyi ilə "Business Talks by PASHA Holding" platformasının ilk tədbiri keçirilib. Açılış tədbiri dayanıqlı maliyyə mövzusuna həsr olunub və Azərbaycanın aparıcı biznes və maliyyə sektoru nümayəndələrini bir araya gətirib.
Tədbirin əsas məqsədi ESG hesabatlılığı, ESG reytinqləri və iqlimlə bağlı maliyyə riskləri sahəsində beynəlxalq təcrübələrin, yeni çağırışların və strateji yanaşmaların müzakirəsi, eləcə də yerli bazar iştirakçıları arasında şəbəkələşmənin gücləndirilməsi olub.
Açılış nitqləri ilə Azərbaycan Respublikasının Baş Nazirinin Müavini Samir Şərifov, İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın Sədri Taleh Kazımov, PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov, eləcə də EY Azərbaycan şirkətinin İdarəedici Partnyoru İlqar Vəliyev çıxış ediblər.
Tədbir çərçivəsində iki panel müzakirəsi və bir interaktiv dialoq sessiyası keçirilib. Müzakirələrdə ESG-nin biznesə təsiri, korporativ reytinqlərə təsir edən amillər, yeni hesabatlıq tələbləri və gələcək risklər dərin təhlil edilib. Panel müzakirəsində Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı Oqtay Qasımov dayanıqlı maliyyələşmə və yaşıl istiqrazlar üzrə təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları, Ekoloji Sosial İdarəetmə (ESİ) standartları və hesabat çərçivələri, sərhədlərarası ESİ uyğunlaşdırılması, yaşıl intiqrazlarda investisiya şirkətlərinin rolu və potensial emitentlərin prespektivləri məsələlərini müzakirə edib.
Bakı Fond Birjası 2020-ci ilin yanvar ayından etibarən Dünya Fond Birjaları Federasiyasının (WFE) üzvüdür. Azərbaycanın kapital bazarının beynəlxalq standartlara uyğun olması, şəffaflıq və bazar etibarının gücləndirilməsi Bakı Fond Birjasının önəm verdiyi əsas məsələlərdən biridir.
PAÅžA Holding tÉ™rÉ™findÉ™n keçirilÉ™n “Business Talks by PASHA Holding” müasir biznes dünyasında baÅŸ verÉ™n É™sas tendensiyaların, çağırışların vÉ™ strateji yanaÅŸmaların müzakirÉ™ olunduÄŸu peÅŸÉ™kar dialoq vÉ™ fikir mübadilÉ™si platformasıdlr. LayihÉ™nin É™sas mÉ™qsÉ™di yerli iqtisadiyyat iÅŸtirakçıları üçün müxtÉ™lif sahÉ™lÉ™rdÉ™ baÅŸ verÉ™n yeniliklÉ™ri vÉ™ trendlÉ™ri birgÉ™ müzakirÉ™ etmÉ™k, fikir mübadilÉ™si aparmaq vÉ™ peÅŸÉ™karlar arasında ÅŸÉ™bÉ™kÉ™ləşmÉ™ni güclÉ™ndirmÉ™kdir.

Zemfira Ms
Finss.az