"Oğuz-Qəbələ-Bakı magistral kəməri vasitəsi ilə su təminatı həyata keçirilən ərazilərin alternativ mənbələr hesabına hazırda su ilə təminatı işləri həyata keçirilir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatından məlumat verilib.
Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində yaranmış qəza səbəbindən Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranıb.