EN

Tramp Makronu yalançı çıxartdı

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun onun barəsində dediyi sözləri səhv çıxarıb. 

Belə ki, Makron Amerika liderinin Yaxın Şərqdə atəşkəs üzərində çalışdığı üçün Kanadada keçirilən G7 sammitini tərk etdiyini deyib. Tramp isə bildirib ki, Makron səhv edib.

"Prezident Emmanuel Makron reklam axtararaq, İsrail və İran arasında atəşkəs üzərində işləmək üçün  Kanadada keçirilən G7 sammitini tərk etdiyimi yanlış dedi. Səhvdir! Onun Vaşinqtona niyə getdiyim barədə heç bir fikri yoxdur və bunun atəşkəslə heç bir əlaqəsi də yoxdur. 

Səbəb bundan qat-qat artıqdır. İstər qəsdən olsun, istərsə də anlamazlıqdan, amma Makron həmişə səhv deyir”.-deyə Tramp “Truth Social”-da yazıb.

Chosen
5
cebheinfo.az

1Sources