EN

Tahir Gözel Nigeriyada iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Aparıcı iş adamı Tahir Gözel Nigeriyanın Laqos şəhərinə və Oyo əyalətinə səfər edərək Oyo əyalətinin qubernatoru cənab Oluwaseyi Makinde ilə yüksək səviyyəli işgüzar görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan ilə Nigeriya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

APA xəbər verir ki, Tahir Gözel Azərbaycan və Nigeriya arasında ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərinə toxunaraq, ölkəmizin bu sahədə təklif edə biləcəyi imkanlar və qarşılıqlı faydalı tərəfdaşlıq modelləri barədə danışıb. Gözel eyni zamanda texnologiya yönümlü təhsil müəssisəsinin təsis olunmasına maraqlı olduğunu qeyd edərək, bu təşəbbüsün ölkənin rəqəmsal inkişafına ciddi töhfə verəcəyinə inandığını vurğulayıb. Qubernator Makinde öz növbəsində Oyo əyalətinin beynəlxalq əməkdaşlığa və yeni tərəfdaşlıqlara açıq olduğunu bildirib. Azərbaycandan gələcək investisiya dəstəyinin əhəmiyyətini vurğulayan Qubernator Makinde, Gözelin ziyarətinin iki ölkə arasındakı əlaqələri gücləndirəcəyini və ziyarətdən çox məmnun olduğunu qeyd etdi. O, əlavə olaraq, aqrar biznes, faydalı qazıntıların işlənməsi və turizm sahələrində mövcud olan ticarət və investisiya imkanlarına diqqət çəkib.

Səfər çərçivəsində Tahir Gözel həm də xarici investorlara, eləcə də Gözelə investisiya dəstəyi üçün müraciət edən Nigeriyada uğur qazanmış 21 sahibkarla görüşüb, onların təcrübələrini dinləyib və qarşılaşdıqları çətinliklər, layihələri, investisiya imkanları barədə məlumat alıb. Görüşlər zamanı texnologiya sahəsində ixtisaslaşmış təhsil müəssisəsinin ölkədə rəqəmsal inkişafa, işçi qüvvəsinin ixtisas səviyyəsinin artırılmasına və biliklərin inkişafına verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

Tahir Tahir Tahir Tahir
Chosen
1
8
apa.az

9Sources